Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən
Münhen Azərbaycanlıları mədəniyyət mərkəzində Azərbaycan Respublikası Qeyri
Hökümət Təşkilatlarına Dəstək Agentliyinin maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlıların
Həmrəyliyinə Dəstək” İctimai Birliyinin “44 Günlük Vətən Müharibəsinin Azərbaycan Zəfəri” adlı layihəsi və
eyni zamanda Azərbaycanın Dövlət Müstəqilliyinin 31-ci ildönümu ilə
bağlı tədbir keçirilmişdir. Tədbirdə ilk öncə Vətən Müharibəsində şəhid olmuş əsgər və
zabitlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Münhen
Azərbaycanlıları Mədəniyyət mərkəzi və Münhen şəhərindəki Azərbaycan evinin rəhbəri
Səttar Kərimov bildirdi ki, Azərbayaycanın şanlı tarixinə parlaq,
qürurverici 8 Noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illər boyu bu
tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən Müharibəsi və tarixi qələbəmiz
Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Bu tarixi qələbə milyondan
çox Azərbaycan vətəndaşının uzun illik Vətən həsrətinə və niskinliyinə son
qoydu. 44 günlük Vətən Müharibəsində zəfər günü xeyirin şər üzərində qələbəsi və
tarixi ədalətin təntənəsi idi. Vətən müharibəsini 44 gün ərzində bitirməsi
tarixi bir hadisədir. Biz xaricdə yaşayan bütün azərbaycanlılar bu tarixi hadisələrə
çox sevindik. Daha sonra söz layihə rəhbəri olan “Dünya Azərbaycanlıların
Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əli-zadəyə
verildi. Tofıq müəllim ilk öncə soydaşlarımızı salamlayaraq Dövlət Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edərək layihə barədə məlumat verdi. Deyildi ki, Azərbaycanın apardığı 44
günlük Vətən Müharibəsi ədalətli və müqəddəs idi. 44 günlük qəhrəmanlıq
savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Vətən Müharibəsindəki
möhtəşəm qələbəmiz Azərbaycanın tarixinə qızıl hərflərlə yazılaraq hər bir azərbaycanlının
qan yaddaşında silinməz izlər qoyacaqdır. Bu qələbimizin birinci qəhrəmanı Azərbaycan
əsgəri, zabiti və Ali Baş Komandanımız olan Azərbaycan Prezidenti İlham
Əliyevdir. Tofiq Əli-zadə qeyd etdi ki, BMT-in Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi
təxminən 28 il idi ki kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan bu tarixi ədaləti
tək başına bərpa etdi. Bu ədalətli döyüş meydanında Azərbaycan həm də
diplomatiya sayəsində qalib gəldi. Müzəffər Ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və güclu dəmir iradəsi nəticəsində
torpaqlarımızı erməni işğalçılarından azad etdik. Daha
sonra vatsap vasitəsi ilə, Rusiya Fedarasiyası Leninqrad şəhəri üzrə Azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədr müavini
Könül Abbasova, Azərbaycandan "Carcı News" jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, şairə Aygün Hüseyn çıxış edərək
müstəqillik günü münasibətilə bütün soydaşlarımızı təbrik etdilər. Almaniyada yaşayan soydaşlarımızdan Taleh Babayev, Əli Zeynalov, Xanlar
Şirinov ordumuzun belə güclü olmasına çox sevindiklərini söylədilər. Bildirildi ki, Qarabağda 44 günlük zəfərimiz nəticəsində Qarabağ savaşı dünyanın hərb
tarixinə düşəcək. Bu gün Azərbaycan ordusu daha müasir silahlanmaya malik bir
ordudur. Biz Almaniyada yaşayan soydaşlar Azərbaycanın bu qələbəsinə sevinir və
bundan sonra da təbliğat işlərində mütəşəkkil olmağa çalışacağıq. Tədbirin sonunda “Dünya
Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əli-zadə
Almaniyada Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasnda fəallıq
göstərən Almaniyanın Münhen şəhərindəki Münhen Azərbaycanlıları Mədəniyyət mərkəzi və
Münhendəki Azərbaycan evinin rəhbəri olan Səttar Kərimovu (DAHD) təşkilatın Fəxri Fərmanı ilə təltif
etdi.